Bakı Dövlət Universiteti

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı yaşıl enerji istehsalı üzrə araşdırmalar aparır.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, elmi araşdırmada hibrid üzvi/qeyri-üzvi perovskit strukturlarının nazik təbəqələr şəklində formalaşması üsulları və onların dayanıqlılığı öyrənilib. Tədqiqat işində müxtəlif modelləşmə üsulları ilə perovskitlərin çevik və sərt birləşmə modelləri, eyni zamanda, istilik prosesinin struktura təsiri ətraflı şəkildə təhlil edilib.

L.Qəhrəmanlının həmmüəllifi olduğu “Günəş elementləri kimi MAPbX3 (X=I-, CL-, BR-) strukturlarının sabitliyinin molekulyar-dinamik modelləşdirilməsi” adlı məqalə həmin elmi araşdırmalardan bəhs edir.

Məqalə “Ovonic Research” jurnalında (IF: 1.165) dərc olunub.

Əvvəlki məqaləABŞ Rusiyadan asılılığını azaltmaq üçün zənginləşdirilmiş uranın istehsalını artıracaq
Növbəti məqalədəBəzi Bakıətrafı ərazilərdə hava yağıntılı olacaq