Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq

İyunun 22-də Almaniyanın Berlin şəhərində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı Səfirliyinin iştirakı ilə baş tutacaq forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşdiriləcək.

Forumda Avropa universitetlərində təhsil almış, habelə hazırda Avropada mühəndis olaraq çalışan azərbaycanlıların iştirakı nəzərdə tutulur.

Azərbaycanlı mühəndislərin Avropa Forumunun “COP-29” tədbiri ərəfəsində təşkili azərbaycanlı mütəxəssislərin bu mötəbər tədbirlə bağlı müzakirələr aparmasına və müvafiq təkliflərin ümumiləşdirilməsinə imkan yaradacaq. Eyni zamanda, forum Azərbaycanın beynəlxalq səviyyədəki təsirini artıracaq və bu sahədə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin beynəlxalq səviyyədə təcrübələrini paylaşmaq üçün bir platforma təqdim edəcək.

Əvvəlki məqaləCOP29-la əlaqədar ticarət və ictimai iaşə müəssisələrinin əməkdaşları üçün təlim keçirilib
Növbəti məqalədəSabah bəzi ərazilərdə arabir yağış yağacağı gözlənilir