Bakı şəhəri 287 nömrəli Zəkalar liseyi

Meşələrin İnkişafı Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri 287 nömrəli Zəkalar liseyinin şagirdləri ilə 21 mart “Beynəlxalq Meşələr Günü”nə həsr olunmuş görüş keçirilib.

Görüş çərçivəsində uşaqlara Beynəlxalq Meşələr Gününün tarixi, ölkəmizin meşə ehtiyatı, onun qorunmasının əhəmiyyəti, Meşələrin İnkişafı Xidməti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən işlər, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyəti və s. barədə məlumatlar verilib, mövzu ilə bağlı suallar cavablandırılıb.

Əvvəlki məqaləAzərbaycanla Birləşmiş Krallıq arasında COP29 çərçivəsində keçiriləcək tədbirlər və layihələr müzakirə olunub
Növbəti məqalədəBu gün Beynəlxalq Meşələr Günüdür