Beynəlxalq Meşələr Günü

Bu gün Beynəlxalq Meşələr Günündə ölkənin bütün regionlarını əhatə edən meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən aparılan ağacəkmə tədbirləri zamanı hər bölgənin torpaq-iqlim şəraitinə uyğun 42 730 ədəd müxtəlif cinsli ağac tingi əkilib.

“Əkilən ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib”.

Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.

Əvvəlki məqaləMeşələrin İnkişafı Xidmətində təcrübə keçən tələbələr Şabran rayonunun meşə fondu torpağında keçirilən ağacəkmədə iştirak edib
Növbəti məqalədəETSN dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib