Biləsuvarda ağacəkmə aksiyası

Biləsuvar rayonunda Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, idarə, müəssisə və təşkilatlar, ərazi icra nümayəndəlikləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, aksiya zamanı Biləsuvar şəhərində və rayonun bütün kəndlərində müxtəlif növ dekorativ və meyvə ağacları əkilərək suvarılıb, ərazilərdə təmizlik və abadlıq işləri aparılıb.

Əvvəlki məqaləAzərbaycanla Türkiyə arasında bir sıra sahələrdə əməkdaşlıq müzakirə olunub
Növbəti məqalədəNazir müşaviri: Üç il əvvəllə müqayisədə Azərbaycana 19 dəfə çox elektromobil gətirilib