Yoxsul və yaşlı təbəqə

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, qadın fermerlər və kasıb insanlar iqlim dəyişikliyindən daha çox təsirlənir və onların ehtiyacları məqsədyönlü tədbirlər tələb edir.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, “ədalətsiz iqlim” adlı araşdırmaya əsasən, bəzi sosial qruplar hava şəraiti ilə əlaqədar müəyyən çətinliklərlə qarşılaşırlar.

Səkkiz ekspert və müxtəlif məsləhətçilərdən ibarət qrup tərəfindən iki il ərzində aparılan tədqiqatda 24 ölkədə 950 milyondan çox insanı əhatə edən aşağı və orta gəlirli 109 min kəndli təsərrüfatından sosial-iqtisadi məlumatlar toplanıb. Araşdırmaya görə, orta temperaturun bir dərəcə artacağı təqdirdə, kənd təsərrüfatı ilə məşğul olan qadınlar kişilərlə müqayisədə ümumi gəlirlərinin 34 faizini itirə bilərlər. İqlim dəyişikliyi ilə bağlı təbii fəlakətlər kasıb həyətyanı təsərrüfatlara daha çox zərər vurur.

FAO-nun baş iqtisadçısı və hesabatın aparıcı müəllifi Nikolas Sitko kasıb təbəqənin müdafiə və dəstəyə daha çox ehtiyac duyduğunu qeyd edib.

Əvvəlki məqaləPaytaxt rayonlarında birgə monitorinqlər davam etdirilir
Növbəti məqalədəYupiterin peykində bir milyon insanı təmin edəcək oksigen yaranır