Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev

Bu gün bir milyondan çox balıq körpəsi Xəzər dənizinə buraxılıb.

“Report” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev Flaminqo festivalında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün baş tutan festivalda 300-dən çox ziyarətçi iştirak edib: “Tədbir çərçivəsində bir milyona yaxın balıq körpəsi Qızılağac Milli Parkından Xəzər dənizinə buraxılıb. Eyni zamanda Kiçik Qızılağac Balıqartırma Təsərrüfatından isə ümumilikdə 4 milyondan çox çəkikimi balıq körpəsi təbiətə buraxılıb”.

Xidmət rəisi həmçinin bildirib ki, hazırda Azərbaycanda flaminqoların sayı ilə bağlı dəqiq rəqəm yoxdur: “Həm Qızılağac, həm Abşeron, həm də Şirvan Milli Parkında flaminqolar var. Hazırda dəqiq say yoxdur, çünki sayım prosesi yaz aylarında olur. Lakin Qızılağacda sonuncu dəfə 100-ə yaxın flaminqo müşahidə olunub”.

Qeyd edək ki, bu gün Lənkəranda Qızılağac Milli Parkında ilk dəfə olaraq Flaminqo festivalı keçirilir.

Əvvəlki məqaləXaçmazda zəlzələ baş verib
Növbəti məqalədəQızılağac Milli Parkında Flaminqo Festivalı keçirilib