“Yer saatı” ekoloji aksiyası bu il mart ayının 23-nə təsadüf edir. Aksiyada yerli vaxtla saat 20:30-da insanlara evlərdə və iş yerlərində vacib olmayan işıqların bir saat müddətinə söndürülməsi çağırışı edilir.
2007-ci ildə Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən təsis edilmiş və milyonlarla iştirakçısı olan bu qlobal aksiyanın məqsədi iqlimdəyişikliyi|nə qarşı mübarizə, enerjidən səmərəli istifadəyə diqqət çəkilməsi və cəmiyyətin bu sahədə maarifləndirilməsindən ibarətdir.
Azərbaycan rəsmi olaraq 2011-ci ildən “Yer saatı” ekoloji aksiyası qeyd edilir. Elə həmin il keçirilən ilk tədbirdə Bakıda Qız Qalasının ışıqları 1 saat müddətinə söndürülüb. IDEA İctimai Birliyi 2014, 2015, 2017 və 2018-ci illərdə Dünya Vəhşi Təbiət Fondunun (WWF) “Yer saatı” beynəlxalq ekoloji aksiyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə etmişdir. Koordinator qismində IDEA İctimai Birliyinin təşkilatçılığı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və WWF Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “Yer saatı” ekoloji aksiyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlərin keçirilir.
IDEA İB-nin təşəbbüsü ilə Bakı şəhəri üzrə məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaəti təşviq edirlər. IDEA İctimai Birliyi tərəfindən 2017-ci ildə 10 illiyini qeyd edən “Yer saatı” ekoloji aksiyası çərçivəsində ölkəmizdə təşkil edilən genişmiqyaslı aksiyaya 300 nəfərdən çox gənc qoşulmuşdur. IDEA-nın təşkilatçılığı ilə “Yer saatı” ekoloji aksiyası çərçivəsində veloyürüş, məşhur rəqs qruplarının “Yer saatı” konsepsiyasına uyğun qeyri-adi rəqsləri, əyləncəli flaşmoblar, hədiyyəli müsabiqələr, tədbir müddətində fasiləsiz musiqi və gənclərin marağına səbəb olacaq digər sürprizlər təşkil edilir.