Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Cabbar Qəribov
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Cabbar Qəribov

Türkiyə-Azərbaycan Tinglik Təsərrüfatı, Beynəlxalq Meşəçilik Təlim Mərkəzi və Dostluq Meşəsi layihəsi çərçivəsində Cəbrayıl rayonunda 5 hektar ərazidə “Ağıllı Tingçilik Sahəsi” yaradılır. “Ağıllı Tingçilik Sahəsi”nin illik istehsal gücü 1,5-2 milyon ədəd ting olacaq. Açıq kök sistemli tinglərin yetişdirilməsi üçün 29 min kvadratmetr, qapalı kök sistemli tinglərin yetişdirilməsi üçün isə 15 min kvadratmetr sahə nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Cabbar Qəribov deyib.

C.Qəribov bildirib ki, Türkiyənin Orman Genel Müdirliyi və Meşələrin İnkişafı Xidməti layihə çərçivəsində 73.4 hektar ərazidə meşəsalma işləri başa çatdırılıb. Onlardan 16,3 hektarı “Dostluq Meşəsi”ndə, 57,1 hektarı isə terraslarda aparılıb. Son müşahidələr əkilən 63 min 680 ədəd ağacın bitişinin düzən ərazidə 80, dağlıq ərazidə 91 faiz olduğunu göstərir.

Əvvəlki məqaləBu il bir dəst dopler hava radarı və aeroloji stansiyanın alınması nəzərdə tutulub
Növbəti məqalədə“Yaşıl dünya naminə həmrəylik ili”ndə Qarabağ və Şərqi Zəngəzurda böyük layihələr həyata keçiriləcək