Sabah dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz...
Hava qeyri-sabit keçəcək, temperatur 10 dərəcə aşağı enəcək, güclü külək əsəcək
“Azərbaycanda bir neçə gündür ki payızın sonuna və qışın əvvəlinə xas olmayan hava şəraitinin şahidi oluruq. Belə ki, cənub-şərq küləklərinin əsməsi nəticəsində ölkə ərazisində mülayim-isti hava şəraiti davam edir. Amma bu gündən etibarən ölkə...
İsmayıllıda yanğının meşəyə keçməsinin qarşısı alınıb
İsmayıllı rayonunun meşə ilə həmsərhəd qeyri-meşə fondu torpağında yanğın hadisəsi baş verib.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin...
Türkiyədə sel və qasırğada 2 nəfər ölüb, 10 nəfər yaralanıb
Türkiyədə sel və qasırğada iki nəfər ölüb, on nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
Qeyd olunub ki, Sinop və Konya şəhərlərində hər birində...
Sabah dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.
"Report"un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, noyabrın 27-də əsasən gecə və səhər dağlıq və dağətəyi rayonlarda...
Umayra Tağıyeva: “Ölkə ərazisində payızın sonu üçün yüksək temperatur qeydə alınır”
"Ölkə ərazisində payızın sonu üçün yüksək temperatur qeydə alınır".
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Report"a bildirib ki, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənən cənub istiqamətli külək havanın temperaturunun 24,6 dərəcəyədək yüksəlməsi ilə...
Yer kürəsində mülayim maqnit qasırğası müşahidə olunur
Noyabrın 26-da Yer kürəsində mülayim maqnit qasırğası müşahidə olunur.
“Report” xəbər verir ki, bu barədə Rusiya məlumatı Tətbiqi Geofizika İnstitutunun kosmik hava monitorinqi yayıb.
Qeyd olunub ki, indi Yerin maqnit sahəsində pozulma dərəcəsi G2 səviyyəsinə çatıb. Bu...
Havanın temperaturu ötən günlərlə müqayisədə 6-9° aşağı enəcək
Bakıda və Abşeron yarımadasında noyabrın 27-si gündüzdən 28-i səhərdək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 28-də arabir yağış yağacağı, axşama...
Lerikdə meşə ərazisində baş verən yanğın lokallaşdırılıb
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Lerik rayonunun dağlıq-meşəlik ərazisində baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Bu barədə Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında...
Qubada qanunsuz kömür quyusu aşkarlanıb
Quba Rayon Polis Şöbəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat...