Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Braziliya Xarici İşlər Nazirliyinin baş katibi Maria Laura da Roşa
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Braziliya Xarici İşlər Nazirliyinin baş katibi Maria Laura da Roşa

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Braziliya Xarici İşlər Nazirliyinin baş katibi Maria Laura da Roşa ilə görüşüb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əməkdaşlıq gündəliyi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məsələlər, habelə regional vəziyyət müzakirə olunub.

Yaxın günlərdə Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsinin məmnunluq doğurduğu diqqətə çatdırılıb. Mövcud əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün Azərbaycanın bu mexanizmin inkişafına əhəmiyyət verdiyi bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin COP29-la bağlı tərəfimizdən görülən hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandırıb. Xüsusilə, cari ildə COP29-a sədrliyimiz dövründə COP Üçlüyü çərçivəsində Braziliya ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu vurğulanıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki məqaləCOP29 çərçivəsində TDT ilə mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib
Növbəti məqalədəBazar günü Bakıda 12 dərəcə isti olacaq