“Regional iqlim dəyişmələri: qarşıda duran əsas vəzifələr” mövzusunda keçirilən dəyirmi masa

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudov UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində “Regional iqlim dəyişmələri: qarşıda duran əsas vəzifələr” mövzusunda keçirilən dəyirmi masada çıxış edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Alim çıxışında COP29, onun yaranma tarixi, Azərbaycan üçün əhəmiyyəti haqqında ətraflı məlumat məlumat verib. O, həmçinin iqlim dəyişmələri və hidrometeorologiyanın müasir aktual problemlərindən, xüsusən də iqlim dəyişmələri zamanı ekoloji təhlükəsizliyin təmin edilməsindən və Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirindən söhbət açıb.

Əvvəlki məqaləSabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Növbəti məqalədə30 il ərzində Xəzər dənizi iki metrdən çox dayazlaşıb