“Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusunda 11-ci Qlobal Bakı Forumu

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi martın 14-dən 16-dək Bakı şəhərində “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusunda 11-ci Qlobal Bakı Forumunu təşkil edir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, forumun işində dünyanın 70-dən artıq ölkəsindən 300-dən çox qonaq, o cümlədən 80-dən çox hökumət başçısı iştirak edəcək. Forum çərçivəsində COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr keçiriləcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma, COP21-in vitse-prezidenti xanım Hakima El Hatie, COP20 prezidenti Manuel Pulgar Vidal, COP28 Məsləhət Komitəsinin üzvləri Françesko La Kamera, Maria Fernanda Espinosa və Olafur Qrimson, Foruma qatılacaq şəxslər arasındadırlar. Eyni zamanda, beynəlxalq arenada COP üzrə tanınmış ekspertlər – Finlandiyanın sabiq Prezidenti xanım Tarya Halonen, BMT Baş Assambleyasının 77-ci Prezidenti Ksaba Korosi, Dünya Bankının sabiq vitse-prezidenti və Mərkəzin həmsədri Dr. İsmail Serageldin, Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məşvərət Qrupunun icraçı direktoru İsmihan Elouafi, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müavini Najat Moxtar iştirak edəcəklər.

Əvvəlki məqalə10 ilə bərpaolunan enerjidən maksimum istifadə edib, daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq
Növbəti məqalədəCOP29 çərçivəsində TDT ilə mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib