Xarici işlər naziri Ceyhun Bayramov və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev
Xarici işlər naziri Ceyhun Bayramov və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev

Xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov bu qurumun Türk dünyasında dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsi baxımından ciddi potensiala malik olduğunu qeyd edərək, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini vurğulayıb.

Görüş zamanı nazir Türk dünyası ilə əlaqələrimizin genişləndirilməsinin və dərinləşdirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioriteti olduğunu vurğulayaraq, bu təşkilat çərçivəsində əməkdaşlığın inkişafı üçün ölkəmizin bərabər səylər göstərməyə hazır olduğunu qeyd edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində TDT ilə mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki məqaləCOP üzrə dünyanın ən nüfuzlu ekspertləri Qlobal Bakı Forumunda bir araya gələcəklər
Növbəti məqalədəCeyhun Bayramov: COP Üçlüyü çərçivəsində Braziliya ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var