ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva
ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva

Məlum olduğu kimi, bu il Azərbaycan COP29 mötəbər beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Danışıqlar prosesi ilə paralel İqlim Fəaliyyəti gündəliyi çərçivəsində Xəzər dənizi ilə bağlı təşəbbüs də yer alacaq.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin Bakıda keçirilən “Xəzər dənizinin akvatoriyasında ekoloji hüquqpozmalar: Dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları” mövzusunda beştərəfli görüş zamanı deyib.

Nazir müavini Xəzər dənizi ilə bağlı təşəbbüsün dənizin probleminin yalnız milli və regional səviyyədə deyil, həm də beynəlxalq səviyyədə iqlim dəyişmələrinə uyğunlaşma proqramları çərçivəsində həlli üçün zəmin yarada biləcəyini də diqqətə çatdırıb.

Əvvəlki məqaləBakı və Abşeronda güclü külək əsir
Növbəti məqalədəŞimal-qərb bölgəsinin təhsil müəssisələrində ağacəkmə aksiyası keçirilib