COP29 sədri Bonnda SIDS üzrə danışıqlar qrupu ilə görüşüb

İyunun 6-da Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Konfransı çərçivəsində COP29 sədrliyinin komandası inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üzrə Danışıqlar Qrupunun nümayəndələri ilə ikitərəfli görüş keçirib.

AZƏRTAC xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev görüşdə Azərbaycanın COP29 gündəliyində duran əsas məsələlər barədə məlumat verib.

Görüş zamanı iqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşma, iqlim maliyyələşməsi, dəniz səviyyəsinin qalxması, təbii fəlakətlər və kiçik ada dövlətlərinin üzləşdiyi digər ekoloji problemlər və onların həlli yolları ətrafında müzakirələr aparılıb və COP 29-dan gözləntiləri dinlənilib.

Vurğulanıb ki, SIDS iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalan həssas ölkələr kateqoriyasında yer almaqdadır. Adalardan ibarət və sahil ölkələrini öz sıralarında birləşdirən alyans dəniz səviyyəsinin artması və qlobal istiləşmənin digər fəsadlarını beynəlxalq müzakirələr gündəliyinə çıxarır. Alyansa 39 dövlət və beş müşahidəçi ölkə daxildir.

Əvvəlki məqaləAşqabaddakı beynəlxalq konfransda iqlim dəyişikliyinə investisiyaların cəlb edilməsi müzakirə olunub
Növbəti məqalədəAzərbaycan səfiri Keniyanın tədqiqat institutunda COP29-u müzakirə edib