Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov və Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko
Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov və Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko

Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq və Aİ ilə ümumi əməkdaşlıq kimi məsələlər müzakirə edilib.

Aİ tərəfinə danışıqlar prosesi və fəaliyyət gündəliyi haqqında məlumat verilib, Bonn şəhərində keçirilən İqlim konfransının nəticələri müzakirə edilib və danışıqların uğurla həyata keçirilməsində bütün tərəflər kimi Aİ-nin də konstruktiv mövqeyinin əhəmiyyəti vurğulanıb.

Səfir qlobal iqlim dəyişikliyi ilə mübarizədə əsas oyunçulardan biri kimi COP29-a ev sahibliyi edən Azərbaycanın bu konfransda ən yaxşı nəticələrə nail olacağına ümid edildiyini bildirib. COP məqsədlərinin səmərəli həyata keçirilməsi üçün cari il ərzində COP29-la bağlı tədbirlərin təşkilinə dair müzakirələr aparılıb.

Əvvəlki məqaləŞamaxıda dolu və yağışdan sonra bəzi fəsadlar yaranıb
Növbəti məqalədəSəfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir