COP29-un prezidenti Muxtar Babayev və BMT-nin Baş katibi Antoniu Quterriş
COP29-un prezidenti Muxtar Babayev və BMT-nin Baş katibi Antoniu Quterriş

COP-29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş katibi Antoniu Quterrişlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.

“Prezident Muxtar Babayev və COP29 komandası BMT-də Yer Günündə Baş katib Antoniu Quterrişlə görüşüb. Biz tərəfləri bir araya gətirmək, keçmiş vədlərin hamısının yerinə yetirilməsini təmin etmək və 1,5 ºC-lik istiləşməni saxlamaq məqsədilə hərəkətə keçmək üçün birlikdə işləmək əzmindəyik”, – paylaşımda qeyd olunub.

Əvvəlki məqaləSabah rayonlara yağış yağacaq, dolu düşəcək
Növbəti məqalədə“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” – BDU-da təlim