Danimarka Krallığının Azərbaycan Respublikasındakı qeyri-rezident səfiri Denni Annanın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşü

Danimarka Krallığının Azərbaycan Respublikasındakı qeyri-rezident səfiri Denni Annanın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Görüşdə bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Əvvəlki məqaləAzərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Növbəti məqalədəAlmaniyanın xarici işlər nazirinin müavini ilə görüş keçirilib