Dünya Ekoloji Təhsil Günü ərəfəsində növbəti maarifləndirici görüş keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif şagirdləri ilə “Dayanıqlı gələcək üçün maariflənmə” devizi altında görüş keçirilib.

Görüş çərçivəsində uşaqlara BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, ölkə ərazisində yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri, ölkənin biomüxtəlifliyi, həmçinin ölkəmizə xas balıq növləri, su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası və mühafizəsi ilə bağlı görülən işlər barədə məlumatlar verilib, şagirdlərin sualları cavablandırılıb.

Eyni zamanda, uşaqlara BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə dayanıqlı balıqçılıq və dəniz məhsullarının yetişdirilməsi və məhsuldarlığın artırılması (FISHCap) layihəsi çərçivəsində hazırlanan dərsdənkənar vəsait və məktəb ləvazimatları hədiyyə edilib.
Əvvəlki məqaləBəzi Bakıətrafı ərazilərdə hava yağıntılı olacaq
Növbəti məqalədəBu il bir dəst dopler hava radarı və aeroloji stansiyanın alınması nəzərdə tutulub