ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, martın 9-da ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl nazir və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Əvvəlki məqaləİsmayıllıda qanunsuz kömür quyuları aşkarlanıb
Növbəti məqalədəAlimlər dünyanın ən qədim meşəsini aşkarladıqlarını açıqlayıblar