Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticəsinə əsasən, namizədliyini irəli sürmüş 38 namizəddən 13-ü səs çoxluğu toplayaraq İctimai Şuraya üzv seçilib.

İctimai Şuranın üzvləri aşağıdakı tərkibdə formalaşıb:
1. IDEA İB üzvü- Ağayeva Zərxanım Tofiq qızı
2. “Ekosfera” Ekoloji-sosial Mərkəzin sədri – Sultan-zadə Firuzə Vəhdət qızı
3. “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İB sədri – Yusifov Elman Fərhad oğlu
4. “Bioloji Müxtəliflik Mərkəzi” İB üzvü- Əsgərov Elşad Köçəri oğlu
5. “Sudan istifadə sahəsində mütəxəssislər” İB üzvü- Məmmədov Amin Fəramiz oğlu
6. “Sağlam həyata doğru” Ekoloji İB İdarə heyətinin üzvü- Abbasov Rövşən Xanış oğlu
7. “Azərbaycan Kartoqrafları” İB sədri- Bayramov Müqabil Tofiq oğlu
8. “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İB sədri- İsrafilov Zurab Sabir oğlu
9. “Azərbaycan qida və içki sənayeçiləri Assosiasiyası” İB sədri – Dostiyari Emin Nadir oğlu
10. “Azərbaycan Botaniklər Cəmiyyəti” İB üzvü- Abiyev Yusif Tahir oğlu
11. “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İB sədri- Ağababayeva Tükəzban Nahin qızı
12. “Qırmızı ürəklər” Fondu vitse-prezident- Poladov Yusif Canəli oğlu

13. “Gənclərin tərəqqisinə dəstək” İB üzvü- Kərimli Kənan İnqilab oğlu

Qeyd edək ki, seçki prosesinə 2023-cü ilin noyabr ayının 15-dən başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı dekabr ayının 13-dək davam edib.

Xatırladaq ki, ETSN yanında İctimai Şura 2010-cu ildən fəaliyyət göstərir və ölkədə həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədlə yaradılıb.
Əvvəlki məqaləİqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun 60-cı sessiyası öz işinə başlayıb
Növbəti məqalədəBakını yaşıl şəhərə çevirmək mümkündürmü?