Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiriciyə ixtisas attestatının verilməsi məqsədilə imtahan keçiriləcək

9 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi” Qaydasının tələblərinə uyğun olaraq ixtisas attestatının verilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında imtahan keçiriləcək.

İmtahan müddəti 2 (iki) saatdır. İmtahan zamanı, 30 (otuz) qapalı tipli və 10 (on) açıq tipli olmaqla, 40 (qırx) test tapşırığı təqdim edilir. Test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. Testdən 60 bal toplamış namizəd müvəffəqiyyətlə keçmiş hesab olunur.

Qeyd: Namizədlər saat 10:30-dan gec olmayaraq imtahan keçiriləcək məkanda olmalıdır.

– 9 fevral 2024-cü il
– 11:00

Əvvəlki məqaləABŞ ekofəalları Ermənistanın ətraf mühitə vurduğu ziyandan narahatdırlar
Növbəti məqalədəParlamentlərarası İttifaqın Baş katibi ilə görüş keçirilib