“Evimiz təmiz olsun”- “Davamlı Turizmin İnkişafına Dəstək” İB yeni layihənin icrasına başlayıb “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Bu barədə təşkialtın sədri Nərminə Qəribova məlumat verib.
“Bildiyiniz kimi BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan edilmisdir. COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi “ən böyük tədbir” dir. Dekabrın 15-də Azərbaycan hökümətinin üzvləri ilə COP29 barədə ilk müşavirəni keçirən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, “ehtimallara görə, təqribən 70-80 min xarici qonaq iki həftə ərzində Azərbaycanda olacaq”. Bu gün hər bir Azərbaycanlı bu tədbirin ən yüksək səviyyədə keçirilməsində, ölkəmizin mədəniyyəti, tarixi memarlıq abidələri, təbiəti, mətbəxi, turizm xidmətləri, mədəniyyəti və başqa keyfiyyətləri ilə əcnəbi qonaqların yaddaşında müsbət iz buraxmasında öz töfhəsini verməlidir. Biz də ekoloji təşkilat olaraq evimizə on minlərlə qonağın gələcəyini nəzərə alaraq “EVİMİZ TƏMİZ OLSUN!” layihəsini icra etməyi qarşımıza məqsəd qoyduq”-QHT sədri belə deyib. Onun sözlərinə görə, layihənin icrasına 15 aprel 2024-cu il tarixindən start verilib: “Ölkənin istənilən yerində natəmizlik, meşə və gəzinti yerlərində, dəniz sahillərində, məhəllə və küçələrdə tullantılara rast gələn vətəndaşlardan foto görüntü və məkanın (+994) 51-291-72-25 nömrəsinə göndərmələri xahiş olunur. Məlumat tərəfimizdən dərhal aidiyyatı qurumlara göndəriləcək və natəmizlik aradan qaldırılacaqdir. Layihə 15 dekabr 2024-cü ilə qədər davam edəcək. 30 dekabr 2024- cü il tarixində ən fəal 3 vətəndaş diplom və mukafatla, digərləri isə təşəkkürnamə ilə təltif olunacaqlar. Aksiyamıza ölkənin bütün bölgələrindən müraciət edə bilərsiniz. Hər birimiz çalışaq ki, “EVİMİZ TƏMİZ OLSUN!””