külək

Fövqəladə Hallar Nazirliyi güclü küləklə əlaqədar vətəndaşlara müraciət edib.

AZƏRTAC xəbər verir ki, bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Güclü küləyin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:

“Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, belə hava şəraitində baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaranan çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

“Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə nazirliyin əhaliyə müraciətində qeyd edilib.

Əvvəlki məqaləBu il ərzində 793 kiloqram işlənmiş batareya toplanıb
Növbəti məqalədəNazir müşaviri: “Gələn il Azərbaycan “yaşıl inkişaf”ı seçdiyini bir daha bəyan edəcək”