"Fotoqrafların qış turu" layihəsi

11 yanvar Ümumdünya Milli Parklar və Qoruqlar günü ilə əlaqədar Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə həyata keçirilən “Fotoqrafların qış turu” layihəsinin ilk çəkilişləri Abşeron Milli Parkından başladı.

Fotoqraflar gün ərzində parkın ərazisində məskunlaşmış köçəri quşları, təbiət mənzərələrini, Şahdili burnunun ecazkar görüntülərini əks etdirən foto və videolar çəkməyə müvəffəq oldu.

Layihə çərçivəsində, peşəkar və həvəskar fotoqrafları öz sıralarında birləşdirən Azərbaycan Fotoqraflar Birliyinin üzvləri ölkəmizin füsunkar təbiətinin qış mənzələrini lentə alacaq, “Yaşıl dünya naminə həmrəylik ili”ndə ölkəmizin qorunan təbiət potensialını foto və video görüntülərlə nümayiş etdirəcəklər.

Fotoqrafların səfərləri fevral ayının sonunadək digər milli parklar və qoruqlarda davam edəcək.

Əvvəlki məqaləHər il yanvarın 11-də Dünya Qoruqlar və Milli Parklar Günü qeyd olunur
Növbəti məqalədəAzərbaycanın COP29-a ev sahibliyi ölkənin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına müsbət təsir göstərəcək