Füzulidə ağacəkmə aksiyası

Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən ağacəkmə aksiyası təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Füzuli Rayon İcra Hakimiyyətinin, YAP Füzuli rayon təşkilatının rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağacəkmə aksiyası zamanı Horadiz şəhəri ərazisində salınmış yaşıllıq zolağında 100 ədəd Eldar şamı və sərv ağacı əkilib. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Əvvəlki məqaləQuş qripi Argentinada iki yüzdən çox flaminqonun məhvinə səbəb olub
Növbəti məqalədəBu yay Azərbaycanda rekord sayda sel-daşqın hadisəsi baş verib