İtaliyada keçirilən G7 ölkələrinin vətəndaş cəmiyyəti sammitində “İnsan hərəkətliliyi və iqlim dəyişikliyi” adlı panel sessiya

COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva İtaliyada keçirilən G7 ölkələrinin vətəndaş cəmiyyəti sammitində “İnsan hərəkətliliyi və iqlim dəyişikliyi” adlı panel sessiyada çıxış edib.

AZƏRTAC xəbər verir ki, P.Vəliyeva COP29-un yüksək səviyyədə təşkili və bütün maraqlı tərəflər arasında konsensusun əldə edilməsi üçün Azərbaycanın gördüyü işlərdən danışıb. Həmçinin qlobal iqlim dəyişikliklərinə diqqət çəkərək, kiçik ada dövlətlərinin yox olmaq təhlükəsi ilə üzləşməsinin həyəcan təbili üçün əsas olduğunu bildirib. Eyni zamanda, iqlim dəyişikliyi səbəbi ilə məcburi miqrasiya edən insanların hüquq və azadlıqlarının qorunmasının vacibliyini vurğulayıb: “Miqrasiya, əhali hərəkəti və iqlim dəyişikliyi ilə bağlı məsələlərdə maraqlı tərəflər öz səylərini birləşdirməli, iqlim dəyişikliyinin səbəb olduğu miqrasiyanın aradan qaldırılmasında beynəlxalq əməkdaşlıq gücləndirilməlidir”.

P.Vəliyeva qeyd edib ki, miqrantların yerdəyişməsi ilə bağlı onların səhiyyə xidmətlərinə əlçatanlığı da təmin edilməlidir: “Təəssüflər olsun ki, əksər inkişaf etmiş ölkələrdə miqrantlar üçün tibbi sığorta təminatı hələ də yoxdur. Bu, miqrantlara qarşı açıq diskriminasiyanın bariz nümunəsidir və iqlimlə əlaqəli yerdəyişmə edən insanlar üçün əlavə çətinlik yaradır”.

Əvvəlki məqaləBu gün Beynəlxalq İqlim Günüdür
Növbəti məqalədəBakıda İqlim və Su Sammiti keçirilib