“Tullantıların İdarəedilməsi Mərkəzi” MMC-nin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) üzrə mühəndisi Əvəz Hüseynov
“Tullantıların İdarəedilməsi Mərkəzi” MMC-nin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) üzrə mühəndisi Əvəz Hüseynov

“Tibbi tullantıların idarə edilməsində üç mərhələ var. Ümumi proses isə tullantıların mərkəzə daxil olmasından başlayır. Əvvəlcə tibbi tullantılar tibb müəssisələrində germetik paketlərdə toplandıqdan sonra nəqliyyat vasitəsilə xüsusi fərdi mühafizə vasitələrindən istifadə olunmaqla poliqona gətirilir. Sonra tullantılar insenatora, yəni yanma sobasına boşaldılır. İnsenatorun saatda yandırma gücü 3 kubmetrə yaxındır. Tullantılar sobada 800-1200 dərəcədə yandırılır”.

Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tullantıların İdarəedilməsi Mərkəzi” MMC-nin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) üzrə mühəndisi Əvəz Hüseynov deyib.

O qeyd edib ki, sobanın birinci kamerasında tullantılar 800 dərəcə temperaturda yandırılır. Əmələ gələn zəhərli qazlar ikinci kamerada 1200 dərəcədə təkrar yandırılma prosesindən keçir: “Tərkibindəki zəhərli qazlar minimuma endirilir və atmosferə buraxılır. Ardınca nəqliyyat vasitəsi dezinfeksiya olunur və çıxışa buraxılır”.

Əvəz Hüseynov bildirib ki, gün ərzində qəbul edilən tibbi tullantıların külü günün sonunda paketlənərək geomembran və geotekstil materiallarla tam izolyasiya olunmuş hücrələrdə basdırma üsulu ilə zərərsizləşdirilir. “Gün ərzində təqribən 20-25 kubmetr tibbi tullantı zərərsizləşdirilir”, – deyə o fikirlərinə yekun vurub.

Əvvəlki məqaləGüclü külək şimal-qərb bölgəsinin təhsil obyektlərinə ziyan vurub
Növbəti məqalədəETSN və BMTİP İqlim Hüquqi Çərçivə Seminarı üzrə əməkdaşlığı davam etdirirlər