Gürcüstanın Raça-Leçxum-Kvemo Svaneti bölgəsində zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Raçanın Oni şəhərindən 6 kilometr cənub-şərqdə, Psori kəndi yaxınlığında olub. Zəlzələnin gücü 4,8 bal təşkil edib.
Dağıntı və tələfat barədə məlumat verilmir.