Mayın 13-də yerli vaxtla saat 02:13-də Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq vulkanında növbəti püskürmə baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd olunub ki, vulkan pükürməsindən əvvəl alov sütunu müşahidə olunub. Püskürmə Respublika Seysmoloji Xidmət Mərkəzinin səkkiz rəqəmsal stansiyası tərəfindən qeydə alınıb.
Palçıq vulkanlarının monitorinqini həyata keçirən seysmik stansiyaların məlumatlarına əsasən, Güzdək Bozdağı palçıq vulkanının ocağının dərinliyi 3,5 kilometr, püskürmənin davamlılığı 9 dəqiqə, ayrılan enerjisi isə – 8.67×106 Coul təyin edilib.
Xatırladaq ki, Güzdək Bozdağı palçıq vulkanı Abşeron yarımadasının ən iri oroqrafik vahidlərindən biri hesab olunur. Bu vulkanın son püskürməsi 2009-cu il fevralın 13-də baş vermişdi.