Hatay

Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda leysan gündəlik həyatı iflic edib.

“Report” xəbər verir ki, bu barədə “Trt Haber” məlumat yayıb.

Qeyd edilib ki, güclü yağış səbəbindən yolları, bəzi evləri və iş yerlərini su basıb. Bələdiyyə işçiləri su toplanmasının baş verdiyi ərazilərdə təxliyə işlərinə başlayıb.

Leysan yağışlar rayonun bəzi yerlərində davam edir.

Əvvəlki məqaləFinlandiyada rekord mənfi temperatur qeydə alınıb
Növbəti məqalədəYaponiyada zəlzələdən sonra nüvə stansiyasında suyun səviyyəsi qalxıb