Nəqliyyatla əlaqəli hava çirkliliyi

Nəqliyyatla əlaqəli hava çirkliliyi Alzheimer xəstəliyinin inkişafına və əlamətlərinin daha da artmasına şərait yaradır.

AZƏRTAC “knowridge” saytına istinadla xəbər verir ki, bununla bağlı Emori Universitetinin doktoru Anke Huelsin rəhbərliyi ilə tədqiqat aparılıb.

Tədqiqatda ortalama yaşı 76 olan 224 nəfərin öldükdən sonra baş toxumaları araşdırılıb. Nəticədə diametri 2,5 mikrondan az zərərli hissəciklərin təsirinə daha çox məruz qalan şəxslərin beyinlərində Alzheimer xəstəliyinin əlaməti olan amiloid lövhələrinin səviyyəsinin artması müşahidə edilib.

Tədqiqat müəllifləri havanın çirklənməsi ilə neyrodegenerativ xəstəliklər arasındakı əlaqəni tam aydınlaşdırmaq və profilaktik tədbirləri genişləndirmək üçün əlavə araşdırmaların vacibliyini vurğulayıblar.

Əvvəlki məqaləBDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə seminarlar başlanır
Növbəti məqalədəAdriatik dənizində 4,7 bal gücündə zəlzələ olub