tozlu hava

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva AZƏRTAC-a bildirib ki, havada tozun miqdarı 1.7- 2 dəfə normadan artıqdır.

“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, – deyə R.Allahverdiyeva bildirib.

Əvvəlki məqaləNaxçıvanda intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb
Növbəti məqalədəBP: “Şəfəq” layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin ilkin variantı hazırlanıb və dərc edilib