meşə ərazisi yanğın

Lerikdə meşə sahəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Lerik rayonunun Gürdəsər kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 9,8 hektar və Hirkan Milli Parkının ərazisində 0,2 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Nazirliyin yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində əsasən əl əməyindən istifadə edərək yanğını söndürüblər.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Əvvəlki məqaləYanvarın 11-də Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar milli parklarda “açıq qapı” günü olacaq
Növbəti məqalədəEBRD COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır