“II Yaşıl düşüncə maarifləndirmə proqramı” iştirakçıları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə ekskursiya edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub.

Tur zamanı “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Orxan Cabbarov tərəfindən iştirakçılara Bakı şəhərində tullantıların qəbulu, yerləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində görülən işlər barədə məlumatlar verilib. Gənclər Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunu, Balaxanı Sənaye Parkını və Tullantıların Yandırılması Zavodunu ziyarət edərək tullantıların idarə olunması və təkrar emal prosesi barədə ətraflı məlumat əldə ediblər.

Bərk məişət tullantılarının düzgün idarə edilməsinin ətraf mühitin qorunması baxımından əhəmiyyətinə diqqət çəkilən məlumat turu çərçivəsində iştirakçılar tullantıların çeşidlənməsi və təkrar emalı prosesini müşahidə ediblər.

Əvvəlki məqaləPayız əkin mövsümünün ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
Növbəti məqalədəMuxtar Babayev: Xəzər dənizinin ekoloji problemləri COP30 gündəliyində mühüm yer tutacaq