zəlzələ

Aprelin 15-də Saatlı stansiyasından 18 kilometr şimal-qərbdə – İmişli rayonunda zəlzələ qeydə alınıb.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 03:53-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.2-yə bərabər olub.

Ocağı 50 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Əvvəlki məqaləPakistanda şiddətli yağışlar 30 nəfərin ölümünə səbəb olub
Növbəti məqalədəCOP29-un müəyyən olunmuş prezidenti: Yaşıl keçid Azərbaycanın milli prioritetləri sırasındadır