zəlzələ

İndoneziyanın Sumatra adası sahillərində 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii hadisənin episentri təxminən 70 min nəfər əhalisi olan Paqar Alam şəhərindən 83 km cənub-qərbdə, zəlzələ ocağı 61 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan olunmayıb.

Əvvəlki məqaləAstarada brakonyerliklə məşğul olan şəxs saxlanılıb
Növbəti məqalədəAzərbaycan COP29 çərçivəsində iqlim danışıqlarında irəliləyiş əldə etmək üçün əlverişli mövqedə yerləşir