“İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirici görüşlər keçirilib

Regional Ekologiya və Təbii Sərvətlər İdarələri tərəfindən Saatlı, Şamaxı, Sabirabad, Qəbələ rayonlarındakı məktəblərdə “İnsan hüquqları və ətraf mühit” mövzusunda maarifləndirici görüşlər təşkil olunub.

Görüş çərçivəsində şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sağlam ətraf mühitdə yaşamaq hüququ barədə məlumatlar verilib, eyni zamanda ətraf mühitin mühafizəsi haqqında qanun, bu qanundan irəli gələn hüquq və vəzifələr, o cümlədən ətraf mühitə zərər vurulması ilə bağlı tətbiq olunan cəza tədbirləri izah edilib, uşaqları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, sözügedən maarifləndirici görüşlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək ölkədə elan edilən “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunub.

Əvvəlki məqaləHande Harmancı: İctimai səhiyyədə işçi qüvvəsi iqlim dəyişikliyi mövzusunda xüsusi yer tutur
Növbəti məqalədəKelli Uillis: Azərbaycanda “yaşıl iş” yerlərinin yaradılması səhiyyə sektoruna töhfədir