Azərbaycan Dövlət İqtisad Universiteti

2024-cü ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini nəzərə alaraq, Azərbaycan Dövlət İqtisad Universitetində bu il “Yaşıl UNEC” ili olacaq.

“Yaşıl UNEC” ili çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planının müzakirəsi məqsədilə rektor Ədalət Muradov müvafiq strukturların, eləcə də tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb. Müzakirələr aparıldıqdan və yeni təkliflər səsləndirildikdən sonra 6 məqsəd üzrə 30-a yaxın müxtəlif tədbir və layihəni əhatə edən tədbirlər planı təsdiqlənib. Həmçinin “Yaşıl UNEC loqosu” da “Yaşıl UNEC” ilinin rəmzi kimi qəbul edilib.

Əvvəlki məqaləKomitə sədri: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstək kimi başa düşülməlidir
Növbəti məqalədəAzərbaycan COP29 ilə bağlı Pakistanın təcrübəsindən yararlanacaq