vulkan püskürməsi

İslandiya Reykyanes yarımadasında vulkan püskürməsi ehtimalına görə fövqəladə vəziyyət elan edilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb.

Qrindavik şəhərinin boşaldılması barədə qərar qəbul edilib. Hazırda mülki müdafiənin fövqəladə səviyyəsi qüvvədədir.

Son məlumata görə, maqma şimaldakı Stora SkoQsfelldən cənubdakı Qrindavikə qədər yayılır.

Qeyd edilir ki, indiki məqamda maqmanın səthə çıxa bilib-bilməyəcəyini və bunun harada baş verəcəyini dəqiq müəyyən etmək mümkün deyil.

“Qrunt deformasiyasının sürəti Reykjanes yarımadasında əvvəllər ölçüləndən xeyli yüksəkdir. Gecə yarısından etibarən 800-ə yaxın zəlzələ qeydə alınıb”, – məlumatda qeyd olunur.

Əvvəlki məqaləQubanın yüksək dağlıq ərazilərinə qar yağıb
Növbəti məqalədəBakıda və Abşeron yarımadasında küləyin güclənəcəyi gözlənilir