zəlzələ

Noyabrın 11-də İsmayıllı seysmoloji stansiyasından 3 kilometr şimalda – İsmayıllı rayonunda zəlzələ baş verib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, saat 08:00-da baş verən 3 maqnitudalı zəlzələnin dərinliyi 7 kilometr təşkil edib.

Zəlzələ hiss olunmayıb.

Əvvəlki məqaləQusar, Xınalıq və Şahdağa qar yağır
Növbəti məqalədəQubanın yüksək dağlıq ərazilərinə qar yağıb