Azərbaycan Avropanın idxal coğrafiyasının şaxələndirilməsi strategiyasının həyata keçirilməsi üçün səylərini dəstəkləməyə hazır olduğunu nümayiş etdirən etibarlı təchizatçı kimi “köhnə qitə”nin enerji təhlükəsizliyində əsas tərəfdaşı təmsil edir.
Bunu AZƏRTAC-a açıqlamasında İtaliya Asiya İnstitutunun (ISIA) və Siena Universitetinin geosiyasi analitiki Fabio İndeo deyib.
“Bakı Cənub Qaz Dəhlizinin yeganə təchizatçısıdır ki, bu da onun etibarlı tərəfdaş kimi rolunu artırır. Bundan əlavə, Azərbaycanın 2022-ci ilin iyul ayında TAP vasitəsilə ixrac olunan qaz həcmini 2027-ci ilə qədər iki dəfə artırmaqla bağlı dərhal mövcudluq təklifi Rusiyadan qaz idxalını tədricən azaltmağa yönəlmiş Avropa enerji diplomatiyasının mühüm hissəsini təşkil edir”, – deyə italiyalı ekspert qeyd edib.
Fabio İndeo bildirib ki, COP29 Azərbaycanın enerji keçidinə sadiqliyini və bərpaolunan mənbələrdən təmiz enerji istehsalı ilə bağlı daxili öhdəlikləri necə həyata keçirəcəyini göstərmək üçün mühüm beynəlxalq platforma olacaq. Bu baxımdan, ölkədə istehsal olunan elektrik enerjisinin cənub-şərqi Avropa bazarlarına nəqlini nəzərdə tutan yaşıl enerji layihəsi böyük əhəmiyyət kəsb edir. COP29 Azərbaycanın bərpaolunan mənbələrdən enerji istehsalı və səylərini dəstəkləmək üçün Avropa şirkətləri və tərəfdaşlarının cəlb edilməsini, həmçinin “köhnə qitənin” dekarbonizasiya prosesindəki səylərini dəstəkləməklə bağlı nəzərdə tutulmuş Avropa dövlətlərarası enerji əlaqəsinin yaradılmasında iştirakını müzakirə etmək üçün ideal platforma olacaq.