Keniya

Keniyada daşqınlar nəticəsində azı 13 nəfər həlak olub, 15 min nəfər təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.

Güclü yağışların yaratdığı təbii fəlakət, həmçinin infrastrukturun zədələnməsinə, yolların su altında qalmasına, mal-qaranın tələfatına səbəb olub.

Keniya Meteorologiya Departamentinin məlumatına görə, martın ikinci yarısında başlayan yağış mövsümü may ayının sonuna qədər davam edəcək. Leysan aprelin 15-dək ölkənin əksər hissəsində davam edəcək.

Əvvəlki məqaləAzərbaycanın xarici işlər naziri tacikistanlı həmkarına COP29-a hazırlıq prosesi barədə məlumat verib
Növbəti məqalədəNövbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək