sarı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti martın 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə AZƏRTAC-a xidmətdən məlumat verilib.

Bildirilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Şirvan, Lerik, Yardımlı, Yevlax və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

 

Əvvəlki məqalə“WUF13 hədəfləri çərçivəsində inklüziv ideyalar” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans
Növbəti məqalədəWUF13 çərçivəsində 600-dən çox ağac əkilib