Aprelin 4-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 metr/saniyə təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.







