Kür çayı

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb.

“Report”un Aran bürosunun məlumatına görə, son günlər havaların qeyri-sabit keçməsi çayın aşağı axınına ciddi təsir göstərib.

Təkcə son bir həftədə Kürün Salyan ərazisindən keçən hissəsində səviyyə 1,5 metr qalxıb. Proses hələ də davam edir.

Mütəxəssislər hesab edir ki, çayda artımın bu tempi yaxın vaxtlarda qrunt sularının səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.

Əvvəlki məqaləETSN dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Növbəti məqalədəTanzaniyada leysan yağışları 50-dən çox insanın həyatına son qoyub