Lənkəranda güclü külək

Ötən gecə saat 21:20 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində, Ələt-Astara magistralının 197-ci kilometrliyində güclü külək irigövdəli ağacı avtomobilin üzərinə aşırıb.

AZƏRTAC xəbər verir ki, Lənkəran sakini Həsənov Yalçın Gülhəsən oğluna məxsus “42CB537” dövlət nömrə nişanlı “Kia Sorento” markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən ön hissəsinə irigövdəli ağac aşıb. Hadisə baş verən zaman sürücü avtomobildə qohumu ilə birlikdə olub. Qəzada xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə yerinə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları cəlb olunub. Ağac qırıntıları yoldan götürülüb, nəqliyyatın hərəkəti bərpa olunub.

Əvvəlki məqaləQax rayonunun dağlıq ərazilərinə qar yağıb
Növbəti məqalədəQışda qlobal temperaturun fəsillik norma ilə müqayisədə 1 dərəcə yüksək olması ehtimal edilir