Ankara

İyunun 8-də güclü leysan Türkiyə paytaxtının müxtəlif rayonlarında nəqliyyatın hərəkətini iflic edib.

AZƏRTAC xəbər verir ki, Ankaranın bir sıra məhəllələrində, xüsusilə Sincan rayonunda yeraltı keçidlər və metro stansiyalarına su dolub.

Paytaxtda onlarla nəqliyyat vasitəsi də su altında qalıb. Bələdiyyə işçiləri xüsusi texnikalarla sürücülərə və sərnişinlərə kömək ediblər.

Ankaranın bir hissəsində yerüstü ictimai nəqliyyatın və metronun hərəkəti dayandırılıb, paytaxtın digər rayonlarında uzun tıxaclar yaranıb.

Təbii fəlakət nəticəsində zərərçəkənlər barədə hələlik məlumat verilməyib.

Əvvəlki məqaləGoranboyda sel fəsadlar törədib
Növbəti məqalədəLeysan yağışları Zaqatalanın Yuxarı Tala kəndində 100-ə yaxın təsərrüfata ziyan vurub