Ümumdünya su günü

Martın 22-si Ümumdünya su günüdür.

Bu gün BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlayıb.

Bu tarixin xüsusi gün kimi qeyd edilməsində məqsəd dünyanın müxtəlif yerlərində su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirməklə bəşəriyyətin qarşısında duran ən aktual problemlərdən biri kimi su ekosistemlərinin mühafizəsi, sudan səmərəli istifadənin təşviqi ilə insanları maarifləndirmək, suya qənaət edən texnologiyalardan istifadə edərək iqlim dəyişmələrinə qarşı mübarizəyə töhfə verməkdir.

Əvvəlki məqaləDünyanın ən çirkli havası olan şəhər və paytaxtın adı açıqlanıb
Növbəti məqalədəDünya əhalisinin üçdə biri zəhərli su içir